Cütlüklər arasında münasibətlərdə evlilik hələ də bütün dünyada məşhur seçimdir. Bəs arvad və ya ər olmağın həqiqətən sağlamlığımıza təsiri varmı? Məlum olub ki, bu, həm müsbət, həm də o qədər də müsbət olmayan şəkildə təsir edir.
Bu yazıda evli olmağın sağlamlıq baxımından müsbət və mənfi cəhətlərini öyrənə bilərsiniz:
Daha empatik ola bilərsiniz
İnsanlar partnyoru ilə dərin əlaqə qurmağa meyillidirlər və hətta mübahisə etdiyimiz zaman da digər insana qarşı empatiya hissi mövcud olur.
Psixoloq Brioni Leo deyir: "Kimsəni həyatının ən yüksək vəziyyətlərində və enişlərində tanımaq bizə dəstək və sirdaş rolunu götürməyə və həyatı boyu həqiqətən onun yanında olmağa imkan verə bilər".
Evlilik dövründə psixi sağlamlığın yaxşılaşması ehtimalı var
Psixi sağlamlığa gəldikdə cütləşmə müsbət təsir edir. Bir insanla münasibətdə olduğumuz zaman özümüzü tənha, təcrid olunmuş hiss etmirik və depressiyaya düşmək ehtimalımız az olur.
17 ölkəni əhatə edən araşdırma evli insanların xoşbəxt olma ehtimalının daha yüksək olduğunu göstərib. Ancaq belə bir məqam da var: İtaliyada aparılan əlavə bir araşdırma evlilərin öz həyatlarına qəsd etmə ehtimalının daha az olduğunu göstərib.
Daha çox və ya daha az stress hiss edə bilərsiniz (evliliyinizdən asılı olaraq)
Ümumiyyətlə, evli olanlarda kortizol (stress hormonu) səviyyəsi daha aşağı olur. Bunun səbəbi onların tərəfdaşlarının davamlı dəstək verməklə bir növ stres “tampon” kimi çıxış edə bilmələridir. Digər tərəfdən, evliliyinizdə hər şey yolunda deyilsə, kortizol səviyyələri cavab olaraq yüksələcək. Funksional və inteqrativ tibb üzrə ixtisaslaşmış həkim Stasie Stefenson cütlüklərin "yoldaşlıq, dəstək və bağlılığı" artırmaq üçün birlikdə işləməyi və sağlam yeməklər bişirməyi təklif edir.
Əgər xoşbəxt evlisinizsə, immunitet sisteminiz daha güclü ola bilər
İmmunitetinizi artırmaq istəyirsiniz? Evlənmək bir seçimdir! Məlum olub ki, xoşbəxt nikahda olanların immun sistemi daha güclü olur. Bu, xroniki stressin aşağı dozalarının təsiridir.
Bədbəxt bir evlilik isə əks təsirə səbəb ola bilər. 2018-ci ildə edilən bir araşdırmaya görə, problemli bir əlaqənin çoxsaylı stressləri depressogendir və əhval pozğunluğunun inkişafı psixoloji və bioloji zəiflik üçün zəmin yaradır. Depressiya immunitetin tənzimlənməsinin pozulması, iltihabın artması və sağlamlığın pisləşməsi üçün şərait yaradır.
Evli insanların xərçəngdən sağqalma ehtimalı daha yüksəkdir
Xərçəng xəstəsinin uzunömürlülüyü ilə evlilik arasında əlaqə var. Klinik sosial işçi DeidraUard izah edir: "Başqası ilə bağlı olduğumuzu hiss etdikdə, fiziki və əqli olaraq özümüzə daha yaxşı baxırıq, sağlamlıq böhranından və ya travmatik hadisədən sonra daha tez geri dönürük".
Rutin imtahanlar vasitəsilə erkən diaqnoz xəstələr üçün daha yaxşı nəticələrdə rol oynayır.
Əgər xoşbəxt bir evlilikdəsinizsə, yaralar daha tez sağalır
Əgər xoşbəxt bir evlilikdəsinizsə, fiziki yaralar həqiqətən daha sürətli sağalır. Bunun səbəbi, bu insanların oksitosin və vazopressin səviyyəsinin daha yüksək olmasıdır.
2010-cu ildə Ohayo Dövlət Universitetində klinik psixoloq Cin Filip Qouin tərəfindən aparılan bir araşdırma, "oksitosin hormonunun münasibətlərimizin keyfiyyəti ilə sağlamlığımızın vəziyyəti arasında mühüm əlaqə ola biləcəyini" tapıb.
Evlisinizsə ürək-damar xəstəlikləri riski azalır
2018-ci ildə aparılan sistematik bir araşdırma və meta-analiz, evli olmayan insanların evli insanlarla müqayisədə ürək-damar xəstəliklərinə tutulma riskinin 42% daha çox olduğunu müəyyən edib.
Evlisinizsə demensiyanın inkişaf riski daha azdır
Evli olmayan insanlarda evlilərlə müqayisədə demensiyanın inkişaf riski daha yüksəkdir. 2019-cu ildə aparılan bir araşdırmaya görə, bu fikir heç vaxt evlənməmiş, boşanmış, dul və birgə yaşayanlar üçün də keçərlidir.
Bunun səbəbi, evli insanlarda sosial əlaqənin daha yüksək səviyyədə olmasıdır ki, bu da vəziyyətin inkişafında əsas rol oynayır. Çikaqo Universitetinin sosiologiya üzrə professoru Linda Veyt izah edir: Evli olmaq sosial inteqrasiyanı artırır, bu da koqnitiv sağlamlığı təşviq edir".
Evli insanlar daha çox yaşamağa meyillidirlər
Evlilikdə olanlar üçün gözlənilən ömür əslində arta bilər. Bu, xüsusilə evlənməmiş həmcinslərinin ölmə ehtimalı ilə müqayisədə iki dəfə çox olan kişilər üçün doğrudur.
Evli insanlar bir-birinin əhvalına təsir edir
Həyat yoldaşları bir-birinin əhvalına keçə bilər. Belə ki, siz kədərlənirsinizsə, qəzəblisinizsə və ya xoşbəxtsinizsə, həyat yoldaşınız da eyni hissləri yaşayacaq.
Nubar Süleymanova, “İki sahil”