04 iyun 2025 14:40
145

Baş nazir Əli Əsədov Düşənbəyə işgüzar səfərə gedib

İyunun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının Baş naziri Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gəlib.

“İki sahil” xəbər verir ki,  Nazirlər Kabinetindən bildiriblər ki, Düşənbə Beynəlxalq Hava Limanında Ə.Əsədovu Tacikistan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıblar.