Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treyninq keçirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treyninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunur.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar