Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb.
“İki sahil” xəbər verir ki, Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.
“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin beynəlxalq enerji əməkdaşlığının təşviqi baxımından əhəmiyyəti qeyd edilib.
Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, perspektivli neft-qaz layihələri nəzərdən keçirilib.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri