02 iyun 2025 12:23
94

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı təşkil olunub

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xətai rayon icra hakiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı və Bakı şəhər Baş Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə konsert proqramı təşkil olunub.

“İki sahil” xəbər verir ki, konsert proqramında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqları bayram münasibətilə təbrik edib.

B.Muradova qeyd edib ki, uşaq hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi cəmiyyətimizin ən vacib vəzifələrindən biridir. Hər bir uşağın sevgi, qayğı və diqqətə layiq olduğunu vurğulayan Komitə sədri onu da əlavə edib ki, hamımız onların xoşbəxt gələcəyi naminə birgə çalışmalı, birliyimizi və məsuliyyətimizi daim uca tutmalıyıq.

Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində təşkil olunan və gözəl əhval-ruhiyyə ilə keçən konsert proqramında bir çox tanınmış incəsənət xadimi ilə yanaşı azyaşlılar da maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Rayonun təhsil və mədəniyyət müəssisələrinin şagirdlərinin, şəhid və qazi övladlarının da iştirak etdiyi tədbir böyük coşqu ilə davam edib.