Qarabağ Universiteti Xankəndinin inkişafında mühüm rol oynayır və gələcəkdə də oynayacaq.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib.
“Əsas məqsədimiz odur ki, təhsil sahəsində inkişaf yalnız dövlətin sifarişi ilə deyil, həm də cəmiyyətin, özəl sektorun və iş dünyasının iştirakı ilə mümkün olsun”, - deyən Emin Əmrullayev bildirib ki, Azərbaycanın inkişafında Qarabağ Universitetinin də öz rolu olacaq: “Bu ali təhsil müəssisəsinin ölkənin gələcək inkişafına töhfə verməsi əsas məqsədlərimizdən biridir. Bu təhsil müəssisəsi iş dünyasına nə verə bilər? Bu sual üzərində də düşünürük. Əsas məsələ ortaq məqsədin olmasıdır. Həm təhsil müəssisəsinin, həm də özəl sektorun kəsişdiyi nöqtə var. Vacib olan bu kəsişmə nöqtəsini tapmaqdır”.