02 iyun 2025 11:07
218

BSU “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda keçirilən Forumda  iştirak edib

Bakı Slavyan Universiteti (BSU) 28–29 may tarixlərində Əndican şəhərində “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda keçirilən Forumda iştirak edib.

“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində BSU ilə Səmərqənd Dövlət Xarici Dillər İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bundan əlavə BSU Daşkənd şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisində də fəal iştirak edib. Sərgi çərçivəsində universitetimiz tərəfindən tərcümə olunan “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası digər beynəlxalq tədbirlərdə olduğu kimi, bu dəfə özbək dilindəki nüsxəsi ziyarətçilərə təqdim olunub.