Şabranda avtomobil işıq dirəyinə çırpılıb.
“İki sahil” xəbər verir ki, 1980-cı il təvəllüdlü Əmirhəmzəyev Özbəy Adəm oğlu idarə etdiyi "Qaz 53" markalı avtomobillə Zeyvə kəndində hərəkətdə olan zaman idarəetməni itirərək yolkənarındakı işıq dirəyinə çırpılıb.
Nəticədə sürücü hadisə yerində ölüb, avtomaşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Balaqədəşov Tərlan Əzim oğlu, 1975-ci il təvəllüdlü Balaqədəşov Gülmalı Şahmirzə oğlu və 1990-cı il təvəllüdlü Şıxəliyev Həmid Hikmət oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanıb.