02 iyun 2025 09:26
152

Qaradağda ev yanıb

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı kürsülü evin yanar konstruksiyaları 150 m² sahədə yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.