01 iyun 2025 19:11
160

Ağ Ev: ABŞ və Çin liderləri bir həftə ərzində danışa bilər

ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında söhbət bir həftə ərzində baş tuta bilər.

“İki sahil” xəbər verir ki, bunu Ağ Evin milli iqtisadi şurasının rəhbəri Kevin Hassett “ABC News”a müsahibəsində deyib.

“Bunun konkret tarixə təyin olunduğuna əmin deyiləm, lakin onlar arasında Cenevrədə əldə olunmuş razılaşma barədə müzakirələr aparılıb və bunu irəliyə doğru böyük addım kimi qəbul etdik. Prezident Trampın istəyi bu həftə danışmaqdır”.

Kevin Hassett hesab edir ki, hər iki tərəf söhbətdə maraqlıdır.