Ukrayna nümayəndə heyəti Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sabah İstanbulda keçiriləcək sülh danışıqlarında iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” hesabından məlumat verim.
Dövlət başçısı sülh danışıqlarında iştirak edəcək Ukrayna nümayəndə heyətini müəyyənləşdirdiyini açıqlayıb.
O, Ukraynanın müdafiə və xarici işlər nazirləri, eləcə də təhlükəsizlik rəsmiləri ilə görüş keçirdiyini bildirib.
Ölkəsinin müstəqilliyini qorumaq üçün çalışdıqlarını bildirən Zelenski, “Bazar ertəsi İstanbulda keçiriləcək görüşdən əvvəl mövqeləri də müəyyən etmişəm”, - deyib.
İstanbulda keçiriləcək sülh danışıqlarında gündəmə gətirilməli olan məsələlər barədə məlumat paylaşan Ukrayna lideri qeyd edib: "Birincisi, tam və qeyd-şərtsiz atəşkəsdir. İkincisi, məhbusların azad edilməsidir. Üçüncüsü, qaçırılan uşaqların geri qaytarılmasıdır. Etibarlı və davamlı sülhü təmin etmək və təhlükəsizliyi təmin etmək üçün ən yüksək səviyyədə görüş hazırlamalıyıq. Əsas problemləri ancaq liderlər həll edə bilər. (Müdafiə naziri) Rüstəm Umerov bazar ertəsi nümayəndə heyətimizə rəhbərlik edəcək".
Məhərrəm Ağalaroğlu, “İki sahil”