31 may 2025 09:14
172

Rusiyanın Zaporojjya hücumu nəticəsində 9 yaşlı qız ölüb

Rusiyanın Zaporojjya vilayətinin Polohı rayonunda cəbhə xəttində yerləşən kəndinə endirdiyi zərbə nəticəsində 9 yaşlı qız ölüb, daha bir oğlan isə yaralanıb.

İki sahil” “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə “Telegram”da regional hərbi administrasiyanın rəisi İvan Fedorov məlumat verib.

"9 yaşlı qız ölüb, 16 yaşlı oğlan yaralanıb. Bu, düşmənin Polohı rayonunun cəbhə xəttində yerləşən kəndinə hücumunun nəticələridir", - məlumatda deyilir.

İvan Fedorovun sözlərinə görə, Rusiya KAB-a məxsus sürüşmə bombaları ilə yaşayış məntəqəsini hədəfə alıb. Bir ev dağıdılıb. Partlayış dalğası nəticəsində daha bir neçə ev, avtomobil və yardımçı tikililərə ziyan dəyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”