31 may 2025 08:30
182

Goranboyda qardaşla bacı arasında mübahisə qanla bitib

Goranboy rayonunda qadın qardaşı tərəfindən bıçaqlanıb.

Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü G. Nəcəfova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs isə qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfovdur.

Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

“Report”