30 may 2025 14:11
198

Milli Məclis gələn il İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına sədrlik edəcək

Milli Məclis 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına sədrlik edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova qanunverici orqanın yaz sessiyası üzrə bugünkü son plenar iclasın sonunda məlumat verib.

Qeyd edək ki, sədrlik Əlcəzairdən Azərbaycana keçəcək.