HƏMAS Qəzza sektorunda atəşkəs barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən edilən yeni təklifi rədd edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "BBC" HƏMAS-ın nümayəndəsinə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, HƏMAS İsrailin təsdiqlədiyi Uitkoffun təklifini qəbul etməyəcək, çünki bu təklif müharibənin dayandırılması da daxil olmaqla radikalların əsas tələblərinə cavab vermir.