Yetkinlik yaşına çatmış insanlar arasında aparılan, dünyada ən uzun hesab edilən araşdırma göstərib ki, 60 yaşında insan xoşbəxtlik içində olur.
Bir neçə il əvvəl Harvard Universiteti tərəfindən aparılan bir araşdırma insanın hansı yaşda xoşbəxtlik əldə etdiyini dəqiq müəyyən etməyə çalışıb. “Yetkinlər arasında dünyanın ən uzun araşdırması” adlanan işi uğurla aparandan sonra tədqiqatçılar yekdil qənaətə gəliblər. Onun nəticəsi təsadüfi deyil. Çünki bu tədqiqat 1938-ci ildə başlamışdır. Mütəxəssislər təcrübələrə 268 tələbəni cəlb ediblər, onlardan yalnız 19-u bu gün sağdır və onların 90 yaşı var.
“Onlar iştirakçıların sağlamlıq trayektoriyalarını və ümumilikdə həyatlarını, o cümlədən karyeralarında və evliliklərində qazandıqları qələbə və uğursuzluqları öyrəniblər. Nəticələr təkcə tədqiqatçılar üçün deyil, həm də bəşəriyyət üçün təəccüblü dərslər verib", - deyə məşhur Amerika universitetinin bəyanatında qeyd olunur.
Tədqiqat əsasən münasibətlərin insanların yaxşı həyat sürməsinə necə kömək etdiyinə diqqət yetirir: "Güclü sosial dəstəyə malik olanlar yaşlandıqca daha az əqli geriləmə yaşayıblar. Bu baxımdan, araşdırma üç vacib aspekti vurğulayıb: sevilmək, uzunmüddətli evliliyə sahib olmaq və öz bədəninə qulluq etmək."
Nubar Süleymanova, “İki sahil”