Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi yekunlaşıb. MSK mayın 26-da keçiriləcək iclasında yenilənmiş seçici siyahıları ilə bağlı göstəriciləri ictimaiyyətə açıqlayacaq.
Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları hər il fevralın 5-dək öz ərazilərində seçici siyahılarını dəqiqləşdirərək dairə seçki komissiyalarına təqdim etməlidirlər. Dairələr isə ən gec aprelin 5-dək ilkin dəqiqləşdirilmiş siyahıları MSK-ya göndərməlidirlər.
MSK həmin məlumatları ümumiləşdirərək ölkə üzrə vahid seçici siyahısını tərtib edir. Seçicilərin daimi siyahısı isə hər il mayın 30-dək təsdiqlənməlidir.
Ölkəmizin coğrafi mövqeyi və mövcud infrastrukturu Aİ üçün bağlantı layihələrində cəlbedici hesab olunur
Tural Gəncəliyev: Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul olunur