Azərbaycanlı triatlonçular Özbəkistan Açıq çempionatında uğurlu nəticə göstəriblər.
“İki sahil” Triatlon federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Əli Rzazadə, 43 iştirakçı arasında bütün rəqiblərini geridə qoyaraq birinci yerin sahibi olub.
Elit kateqoriyada çıxış edən Leyla Abduləzizova 13 qadın idmançı arasında ikinci yeri tutaraq fəxri kürsüyə qalxıb.
Tural Atakişiyev isə "Age Group" (18–25 yaş) kateqoriyasında öz yaş qrupunda birinci yerə çıxıb.