13 oktyabr 2026 11:25
129

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının VII turu ilə bağlı qərarlarını açıqlayıb.

“İki sahil” xəbər verir ki,  “Araz-Naxçıvan” – “Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə ev sahibi komanda 2000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” qarşılaşmasında rəqib komandanın futbolçusunun ünvanına azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “ağ-qaralar” 5000 manat cərimələnib.

Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə edilib.

Bundan başqa, “İmişli” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olduğuna görə Mərkəzi Aran təmsilçisi 2500 manat ziyana düşüb.