Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi barədə razılıq mühüm irəliləyişdir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan Rusiya-Ukrayna arasında münaqişənin siyasi dialoq yolu ilə həllinin tərəfdarıdır:
“Biz tərəflər arasında sülhün əldə olunmasını arzulayırıq”.
Ölkəmizin coğrafi mövqeyi və mövcud infrastrukturu Aİ üçün bağlantı layihələrində cəlbedici hesab olunur
Tural Gəncəliyev: Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul olunur