31 avqust 2017 20:28
708

Rusiyanın Xalq Artisti vəfat edib

Rusiyanın Xalq Artisti Muxtarbəy Kantemirov vəfat edib.

AZƏRTAC Rusiyanın TASS agentliyinə istinadla xəbər verir ki, 83 yaşlı aktyor uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, 1934-cü il fevralın 18-də anadan olan M.Kantemirov bir çox filmlərdə çəkilib, həmçinin məşhur sirk artisti olub. O, Yuliy Qusmanın “Qorxma, mən səninləyəm” filmində Rüstəm obrazını canlandırıb.