24 may 2025 21:35
92

Braziliyanın “O Globo” xəbər agentliyi Azərbaycan barədə xüsusi reportaj yayımlayıb

COP-29 ərəfəsində Azərbaycana səfər etmiş Braziliyanın məşhur “O Globo” xəbər agentliyinin müxbirlərinin ölkəmizə həsr olunmuş 2 hissədən ibarət xüsusu reportajı 16 və 23 may tarixlərində geniş yerli auditoriya üçün ən prestijli səhayət verilişi olan “Globo Repórter”in növbəti seriyası kimi yayımlanıb.

Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyindən “İki sahil”ə verilən məlumata görə, reportaj o qədər həcmli və maraqlı olub ki, onu iki verilişdə verilməsi qərara alınıb. Bir neçə Avropa və Asiya ölkələri barədə reportajlar bir verilişdə yayımlanıb. İki proqramda “TV Globo”nun Londondakı müxbiri, Murilo Salviano qeyd edib ki, “Kökü odda olan, Avropa ilə Asiyanı birləşdirən, sərvət və sirlərlə dolu bir diyar - Azərbaycan”ın paytaxtı Bakı, habelə Şəki, Gəncə, Basqal şəhər və qəsəbələrə səyahət edib və xalqımızın adət-ənənələrini, mədəniyyətini, müasirliyini, tolerantlığını, inkişafını və zəngin ləzzətlərini ortaya qoyub.

Xüsusi reportajda müxbir YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçəri Şəhər, həmçinin Qobustan və Şahdağ milli parkları, Şəki Xan Sarayı, o cümlədən palçıq vulkanı, muğam sənəti, baramaçılıq və ipəyin əldə edilməsi, kəlağayı hazırlanması və milli mətbəximizin ləziz təamları barədə izləyicilərə ətraflı məlumat verib.

Veriliş Braziliya ictimaiyyətində geniş marağa səbəb olub, reportaj bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, 50 yaşı (irsi) olan veriliş Braziliyada ən çox izlənilən proqramdır. Həftənin sonunda efirə verilən veriliş faktiki olan minlərlə ailəni ekran başına yığır, braziliyalıların xaricə turistik istiqamətləri seçməsində yardımçı olur və onları səyahətə sövq edir.