Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 140 m² (hər mərtəbəsi 70 m²) olan ikimərtəbəli 3 otaqlı evin 1-ci mərtəbəsində 1 ədəd divan yanıb, yüksək temperaturdan 1 ədəd televizor və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.