Azərbaycan avarçəkəni Tatyana Smilovenko Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turnirində qızıl medal qazanıb.
“İki sahil” xəbər verir ki, o, 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə uğurlu çıxış edib.
Bundan başqa, kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə ikinci yer tutub.
Qeyd edək ki, yarışda 20-dən çox ölkənin təmsilçisi qüvvəsini sınayıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək