Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə səfir Gürcüstanın Müstəqillik Günü münasibətilə təşkil olunan bayram konsertindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Diplomat qeyd edib ki, konsertdə hər iki ölkənin məşhur musiqi əsərləri, o cümlədən xalq mahnıları səsləndiriləcək.
Pataradze, həmçinin Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin bütün sahələrdə, xüsusən də energetika sahəsində inkişafını məmnunluqla qeyd edib.
Ölkəmizin coğrafi mövqeyi və mövcud infrastrukturu Aİ üçün bağlantı layihələrində cəlbedici hesab olunur
Tural Gəncəliyev: Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul olunur