Bu gün basketbolun 3x3 növü üzrə Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələ oyunları start götürüb.
“İki sahil” xəbər verir ki, meydana əvvəlcə qadınlardan ibarət Azərbaycan millisi çıxıb.
B qrupunda mübarizə yığma Misirlə qarşılaşıb. Görüş yığmanın 14:12 hesablı qələbəsi ilə yekunlaşıb.
Raşa Deliçin rəhbərlik etdiyi Azərbaycan seçməsi növbəti oyununu Latviyaya qarşı keçirəcək.
Qeyd edək ki, bu gün turnirdə çıxış edən kişilərdən ibarət komandamız da meydana çıxacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək