24 may 2025 16:10
85

Qazaxıstan-Özbəkistan sərhədində yük maşınları üçün elektron növbə sistemi tətbiq ediləcək

Bu ilin iyun ayından Qazaxıstan-Özbəkistan sərhədində yük maşınları üçün elektron növbə sistemi tətbiq ediləcək.

“İki sahil” “Kazinform”a istinadla xəbər verir ki, elektron növbə sistemi ilkin olaraq “Kaplanbek” (KR) – “Nəvai” (ÖR) gömrük postunda işə salınacaq.

Özbəkistan Gömrük Komitəsinin məlumatına görə, bu addım 2030-cu ilə qədər iki dövlət arasında qarşılıqlı ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmağa imkan verəcək.

Bu ilin yanvar-aprel aylarında Qazaxıstan ilə Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsi 1,4 milyard dollara yaxınlaşıb.

Bundan əvvəl Qazaxıstan və Özbəkistanın qarşılıqlı ticarətin həcmini artırmaq üçün 4 əlavə ticarət dəhlizi açmağı planlaşdırdığı bildirilirdi.