Serbiya Bosniya və Herseqovinada bərabərhüquqluların dialoquna inanır.
“İki sahil” xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç ABŞ-ın Ohayo ştatında Deyton sülh müqaviləsinin 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
“Davamlı sülh dövlətin daxili strukturuna məhəl qoymayan mərkəzləşdirmə cəhdləri ilə deyil, yalnız qarşılıqlı hörmətdən qaynaqlana bilər. Bosniya və Herseqovinanın mərkəzləşdirilməsinə yönəlmiş istənilən cəhd potensial olaraq ölkədə sabitliyi poza bilər. Bosniya və Herseqovina monoetnik dövlət deyil. İrəliyə doğru yeganə davamlı yol, onun unikal strukturuna və tərkib hissəsi olan muxtariyyətə hörmət etməkdir”, - deyə Serbiya XİN rəhbəri bildirib.
Xatırladaq ki, 1995-ci il dekabrın 14-də Deyton sülh müqaviləsi elan edilməsi ilə Bosniya və Herseqovinada müharibəyə son qoyulub. Ölkə əhalisinin əksəriyyətini xorvatlar və bosniyalılar təşkil edən Bosniya və Herseqovina Federasiyası, serb əhalinin cəmləşdiyi Serbska Respublikası və xüsusi statusa malik Brçko bölgəsindən ibarətdir.