31 avqust 2017 21:27
1010

Vaşinqtonda Azərbaycan xalçaları sərgilənəcək

Sentyabrın 7-də Vaşinqtonda Yaxın Şərq İnstitutunda Azərbaycan xalçalarının sərgisi keçiriləcək.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə baş tutacaq sərgidə qonaqlar Azərbaycanın müxtəlif bölgələrinin xalçaçılıq sənətinin ənənələri ilə tanış olacaqlar.

Sərgi çərçivəsində rəsmi qəbul da keçiriləcək.