ABŞ Senatı Co Baydenin prezidentliyi dövründə xəstəliyi ilə bağlı araşdırmaya başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Məlumata görə, araşdırma aparılmasının təşəbbüskarı, Milli Təhlükəsizlik Komitəsindən respublikaçı Ron Consondur.
O, hökuməti əslində kimin idarə etdiyini öyrənməyi planlaşdırır. Artıq sabiq prezidentin həkimi və müşavirləri onun səhhəti ilə bağlı ifadə verməyə çağırılıb. Jurnalistlər Ceyk Tapper və Aleks Tompsonun son kitabında qeyd edilən, Baydenin yaxın ətrafının onun səhhətinin vəziyyətini qəsdən gizlətdiyi iddiları şübhələri daha da gücləndirib.
Komitə narahatdır ki, kimlərsə Ağ Evin keçmiş rəhbəri adından Birləşmiş Ştatların Prezidentinə həvalə edilmiş vəzifələri yerinə yetirib.