23 may 2025 14:41
92

Gürcüstandan Rusiya və Belarus vətəndaşlarına QADAĞA

Gürcüstan Rusiya və Belarus vətəndaşlarına ölkədən minik avtomobilləri və xüsusi texnika ixracını tamamilə qadağan edib.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS-a Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, qadağa mayın 15-dən qüvvədədir.

“Gürcüstan ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara, xüsusən də Belarus və Rusiya vətəndaşlarına avtomobillərin Gürcüstandan üçüncü ölkələrə reeksport edilməsinə qadağa qoyulan 11-ci sanksiyalar paketinə əməl edir”, - deyə, məlumatda bildirilib.

Gürcüstan Daxili İşlər Nazirliyi vurğuladı ki, tədbirlər digər xarici ölkələrin vətəndaşları tərəfindən avtomobillərin təkrar ixracına şamil edilmir.