05 sentyabr 2017 16:59
535

Kara Delevin Orlando Blumla fantaziya filmində çəkiləcək

Model və aktrisa Kara Delevin “Üzüklərin hökmdarı” filminin ulduzu Orlando Blumla “Karnaval hay-küyü” serialında çəkiləcək.

“Variety” həftəlik nəşri xəbər verir ki, fantastik janrında elan olunan serialda müharibə nəticəsində doğma yerlərindən şəhərə üz tutan mifik məxluqlarla yerli sakinlər arasında baş verən gərginlikdən danışılır.

Orlando Blum bu mifik məxluqlardan birinin ölümünü araşdıran polis müfəttişinin rolunu ifa edəcək.

Kara Delevin isə Vinyett Stounmoss adlı qaçqın qız rolunu canlandıracaq.

Delevin əvvəlcə model kimi şöhrət qazanıb. Sonra o, filmlərdə özünü sınayıb. Delevin əsasən “İntiharçılar dəstəsi” və “Valerian və min planet şəhəri” filmlərindən tanınıb.