Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev neft, qaz, uran və digər malların tədarük zəncirlərinin şaxələndirilməsi üzrə bu təşkilatın potensialından istifadənin tərəfdarı olduğunu bildirib.
“İki sahil” Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, o, Qazaxıstanın Avropaya neft ixracının artırılmasına yönəlmiş səylərini dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Bundan əlavə, Kasım-Jomart Tokayev qeyd edib ki, son vaxtlar beynəlxalq ekspertlər Trans-Xəzər neft-qaz kəmərinin tikintisi təşəbbüsünü müzakirə edirlər. Onun sözlərinə görə, belə irimiqyaslı layihələr transmilli səviyyədə əlaqələndirilmiş fəaliyyət tələb edir.
Ölkəmizin coğrafi mövqeyi və mövcud infrastrukturu Aİ üçün bağlantı layihələrində cəlbedici hesab olunur
Tural Gəncəliyev: Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul olunur