Azərbaycan Moldova üçün həm ikitərəfli, həm də beynəlxalq əməkdaşlıqda mühüm tərəfdaşdır.
“İki sahil” xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Moldova parlamentinin spikeri İqor Qrosu söyləyib.
“Biz enerji, iqtisadiyyat, kənd təsərrüfatı və mədəniyyət kimi sahələrdə səmərəli əməkdaşlıq edirik və bu əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. İkitərəfli əməkdaşlığımızı, xüsusilə enerji sahəsində intensivləşdirmək istəyirik”, - deyə Moldova parlamentinin sədri vurğulayıb.
İqor Qrosu bildirib ki, Azərbaycanla Moldova arasında əməkdaşlığın daha da güclənməsi istiqamətində potensialı artıracaq.
Ölkəmizin coğrafi mövqeyi və mövcud infrastrukturu Aİ üçün bağlantı layihələrində cəlbedici hesab olunur
Tural Gəncəliyev: Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul olunur