20 may 2025 14:03
99

Polşada prezident postuna namizəd milli valyutadan imtina etməyəcəyini bildirib

Müxalif sağçı “Qanun və Ədalət” partiyasından Polşa prezidentliyinə namizəd Karol Navrotski ali dövlət postuna seçiləcəyi təqdirdə milli valyutadan imtina edərək avroya keçmək niyyətində olmadığını bəyan edib.

“İki sahil” xəbər verir ki, Karol Navrotski bunu özünün sosial media hesabında yazıb.

Siyasətçinin fikrincə, avroya keçid qiymətlərin artması, maliyyə müstəqilliyindən imtina və maliyyə ehtiyatlarının bir hissəsinin Avropa Mərkəzi Bankına verilməsi deməkdir.

Xatırladaq ki, Karol Navrotski mayın 18-də keçirilən prezident seçkilərinin ilk turunda 29,54 faiz, onun əsas rəqibi - Varşava meri Rafal Tşaskovski isə 31,36 faiz səs toplayıb. Seçkilərin ikinci - həlledici turu iyunun 1-də olacaq.