Ukrayna Prezidenti Volodimir Zelenski Romada Kanadanın baş naziri Mark Karni ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə V.Zelenski X-dəki səhifəsində yazıb.
Zelenski, görüş zamanı dəstəyə görə təşəkkür edib.
“Ən vacibi Rusiyaya elə təzyiq göstərməkdir ki, onu müharibəni bitirmək üçün real addımlar atmağa sövq etsin”, - Ukrayna lideri qeyd edib.
Görüş zamanı müdafiə sahəsində əməkdaşlıq və tərəfdaş ölkələrin koalisiyasının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Prezident, həmçinin teleqram kanalında qeyd edib ki, o, Rusiyanın raket və pilotsuz təyyarələrinin mülki hədəflərə endirdiyi zərbələr barədə baş nazirə məlumat verib və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməsinin vacibliyini vurğulayıb.