ABŞ "güclü sülh planı"nı təqdim edib və İstanbulda əldə edilən əsir mübadiləsi razılaşmasını alqışlayır.
“İki sahil” RBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.
Söhbət "minə min" düsturuna əsasən əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşmadan gedir. Həm Rusiya, həm də Ukrayna buna hazır olduqlarını təsdiqləyiblər.
Rubio qeyd edib ki, İstanbulda danışıqlardan sonra Ukraynada yaranmış münaqişəyə son qoymaq şansı qaçırılmamalıdır. "Gəlin bu böyük fürsəti əldən verməyək. Bu müharibəyə son qoymağın vaxtı gəlib çatıb", - o yazıb.
Qeyd edək ki, Marko Rubio mayın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıb. Söhbət Moskva və Kiyev arasında İstanbulda son üç ildə ilk birbaşa danışıqlardan bir gün sonra baş tutub.