17 may 2025 16:54
124

AÜDCC “Bakı Ürək Günləri” çərçivəsində xarici ölkələrdən aparıcı mütəxəssisləri ölkəmizə cəlb edir

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) öz mövqeyinə uyğun olaraq iki ildən bir keçirdiyi “Bakı Ürək Günləri” Beynəlxalq Konqresində xarici ölkələrdən aparıcı mütəxəssisləri ölkəmizə cəlb edir.

“İki sahil” xəbər verir ki, bu barədə AÜDCC sədri Ramil Əliyev “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində deyib.

O bildirib ki, bu mütəxəssislər konqres çərçivəsində Azərbaycandan olan həmkarları ilə fikir mübadiləsi və praktiki mübadilələr aparırlar. Bugünkü konqres də bunun birbaşa göstəricisidir.