17 may 2025 16:35
99

Peruda 6 maqnitudalı zəlzələ olub

Perunun cənubunda Ayakuço regionunda 6 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Geofizika İnstitutu məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 5.22-də Pukio yaşayış məntəqəsindən 23 kilometr cənubda qeydə alınıb. Zəlzələ ocağı 97 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.