17 may 2025 16:22
111

Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin olunub

Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sərəncamı ilə Türkiyə Azərbaycan Dərnəyinin başqanı, Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin dekanı Əkrəm Gürel İğdır Universitetinin rektoru olub.

“İki sahil” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

İğdır əsilli Ə.Gürel 1969-cu il iyunun 16-da anadan olub. 1987-ci ildə Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Tarla bitkiləri bölümünü bitirib. Elə həmin il magistratura oxumadan birbaşa İngiltərənin Lids Universitetinin təqaüdlü doktorantura proqramını qazanıb və 1992-ci ildə bitirib. 1992-1995-ci illərdə “Türkiyə Şəkər Fabrikaları A.Ş.”nin Şəkər İnstitututunda çalışdıqdan sonra Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin Biologiya bölümündə fəaliyyətinə davam edib. 1998-ci ildə dosent, 2004-cü ildə professor olub. 2023-cü ildən adıçəkilən fakültənin dekanı idi. İngilis və fransız dillərini bilən Əkrəm Gürel evlidir, bir oğlu var.