16 may 2025 00:13
84

Əgər dostumuz dardadırsa...

Pakistana vəfa borcumuzu ödəməliyik

Otuz illik Qarabağ münaqişəsi dövründə Türkiyə və İsraillə yanaşı, Pakistanı da minnətdarlıq hissi ilə xatırlayırıq. Dost dövlət istər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində ölkəmizə hər cür kömək etməyə hazır olduğunu dəfələrlə bildirmişdi. Bir faktı da vurulayaq ki, Pakistan Ermənistanı bir dövlət kimi bu gün də tanımır. Lakin tale elə gətirib ki, Pakistanın da qonşusu ondan ərazi iddiasındadır və dəfələrlə aralarında məhəlli münaqişələr və müharibələr olub. Ancaq terroru dövlət səviyyəsinə qaldıran Hindistanın nasist rəhbərliyi qandan doymur, düşmənçilikdən əl çəkmir. İddiaçının quru təkəbbürü və yırtıcılığı nəticəsində sərhəddə yenə atışma var, səmadan ölüm gətirən bombalar yağır, yenə də günahsız adamlar ölür, şikəst olur, ölkə əhalisi gərgin günlər yaşayır.

Qardaşa bərabər dost narahatdırsa əlbəttə, biz də rahat ola bilmərik . Söhbət Azərbaycanın barmaqla sayılacaq sadiq və sınanmış müttəfiqlərindən biri barədə gedəndə  borcumuzdur ki, onun yanında, vəfa borcumuzu ödəməli olduğumuzu  bildirək və hər cür dəstəyimizi əsirgəməyək.

Xatırladaq ki,Pakistan Hindistana yox, ikinci birinciyə hücum edib, yəni ədalət dostumuzun tərəfindədir.  Bəhanə isə  məlumdur. Guya İslamabad Hindistan ərazindəki son terror hücumunun sifarişçisidir. Yəni, Pakistanı faktiki terrorçuluğun himayədarı kimi qələmə verməyə çalışır. Eynilə Ermənistanın Azərbaycan barədə yaydığı dezinformasiyalar kimi. Ermənilər azərbaycanlıların “vəhşi” obrazını yaradıb dünyaya təqdim edirdilər. Lakin kimin kim olduğu iki yüz əvvəldən məlum idi.

Pakistanın xarici işlər naziri İshaq Dar Hindistan qüvvələrinin terrorçuların istifadə etdiyi infrastruktura zərbələr endirməsi ilə bağlı Yeni Dehlinin iddialarını rədd edib və Pakistanın Pahalqam hadisəsində iştirakına dair heç bir tutarlı dəlilin olmadığını söyləyib.

İshaq Dar qeyd edib ki, Hindistan rəhbərliyi terror olayından növbəti dəfə özünü guya qurban göstərmək üçün istifadə edib. O, Narendra Modi hökumətinin gərginliyin azaldılması və təmkinli davranışla bağlı çağırışlara məhəl qoymadığını söyləyib və beynəlxalq ictimaiyyəti Hindistanı məsuliyyətsiz və ehtiyatsız davranışına görə məsuliyyətə cəlb etməyə çağırıb.

Ancaq  burada Hindistanın uydurduğu yalanlar, şər-böhtanlar yeriməz. Çünki dünya kimin hansı yolda olduğunu və niyyətinin mahiyyətini yaxşı bilir. Dinc əhaliyə qarşı terrorçu davranışı nümayiş etdirən, neçə ildir hakimiyyətdə olan faşist təmayüllü Narendra Modi hökumətidir. O, Kəşmirin özünün nəzarətində olan hissəsində vaxtaşırı müsəlman əhaliyə qarşı insanlığa sığmayan əməllər törədir. Əsl tiran kimi davranan Narendra Modinin komandası Kəşmir vilayətinin öz tərəfində qalan hissəsində xüsusi statusunu ləğv edib. Həmin hissə isə Kəşmir ərazisinin 55 faizini təşkil edir. Orada müsəlman iş adamlarına irqçi münasibət bərqərar edilib. Hətta müsəlmanların öz dini inancını, ibadətini normal yerinə yetirməsinə qarşı dözülməz mühit yaradılıb. İslamofob təfəkkürə malik olan bu adam Hitlerdən sonra irqçilik aparan, qan tökməkdən çəkinməyən cəlladlardan biridir.

Qısacası, rəsmi Nyu-Dehli, xüsusilə Modi rejimini təmsil edənlər İslam dininə inananlara “ikinci sort” kütlə kimi baxır və cəmiyyətdə  onlara qarşı nifrət dolu təbliğat  aparırlar. Belə olan surətdə müsəlman əhaliyə qarşı yumşaq desək, bu qəbil ksenofob davranışın cavabı olmalı deyildi? Ancaq xuntaçı Modi hökuməti yalnız başqa inancdan olduğu üçün illərdir yerli əhaliyə qarşı vəhşiliklər edəndə, qan udduranda, onun haqq və hüquqlarnı mütəmadi oaraq tapdayanda, müsəlman qadınlara qarşı əxlaqsızlıqlar törədəndə, bunun hansısa şəkildə qarşılığının olacağını bilməli idi...

Ümid edək ki, ermənilərin dostu Hindistan vaxtında ayılıb törətdiyi yanlışlardan yaxa qurtarsa, etdiklərindən düzgün nəticə çıxaracaq və heç olmasa bundan sonra axmaq qərarlar verməyəcək. Çünki Pakistan əhali və ərazicə ondan kiçik olsa da, hərbi qüdrəti ondan geri qalmır. Hətta bir sıra sferalar üzrə ondan üstündür. Biz hələ nüvə başlıqlarını demirik. Üstəgəl, Pakistanın Çin və Türkiyə kimi qüdrətli müttəfiqləri var. Müttəfiqlərinin arasında Azərbaycanın və İsrailin olması da önəmlidir. Ən əsası qardaş Pakistan haqlı və müdafiə olunan tərəfdir.

Biz yaranışımızdan haqq-ədaləti əlimizdə bayraq kimi tutmuşuq və sonda qalib gəlmişik. Unutmuruq ki, İslam aləminə düşmən kəsilən Hindistan özünəoxşar Ermənistanı Azərbaycana qarşı müharibə aparmaq üçün silahlandırır. Ancaq çanaq öz başında çatlayacaq. Bu, tarixin qudurub yolunu azmışlara verdiyi son dərsdir. Hindistan da gərək “gözüçıxan qardaşının” acı taleyindən ibrət götürəydi, heç olmasa getdiyi yolun yarısından qayıdaydı. Qayıtmasa, daha böyük bəlalara düçar olacaq.

Vəli İlyasov, “İki sahil”