14 may 2025 22:21
89

Bu ölkədə toqquşmalarda azı 6 nəfər ölüb

Liviyanın paytaxtı Tripoli şəhərində baş verən silahlı toqquşmalar nəticəsində azı 6 nəfər ölüb, 70-ə yaxın adam yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Tripolinin Səhiyyə Departamentinin nümayəndəsi Məhəmməd Əbdül Vəhab bildirib.

Onun sözlərinə görə, ölənlər arasında beş döyüşçü və bir mülki şəxs - əcnəbi olub. Əcnəbi Tripoli küçəsində atəşə tutulan Misir vətəndaşıdır.