13 may 2025 10:43
83

Uitkoff: Tramp Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda israr edir

Ukrayna nizamlanması üzrə danışıqlarda əsas mövzular Zaporojye Atom Elektrik Stansiyasının istifadəsi, ölkənin Dnepr və Qara dənizə çıxışıdır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "Breitbart"a müsahibəsində bildirib.

O bildirib ki, bura həmçinin Rusiya tərəfinin nəzarətində olan ərazilərdən imtina edilməsi də daxildir.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp tərəflərin birbaşa danışıqlar aparmasında israr edir. Əks təqdirdə, Birləşmiş Ştatlar danışıqlar prosesindən çıxacaq.