Bu ilin yanvar-aprel aylarında Azərbaycanda vergi daxilolmalarının 4 milyard 948 milyon manatı və yaxud 71,5 %-i qeyri-neft-qaz sektorunun payına düşüb.
"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.
Xatırladaq ki, yanvar-aprel aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 6 milyard 923,5 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 4 % çoxdur.
Bu il qurum büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 4 ayda həmin məbləğin 31,9 %-i təmin olunub.