10 may 2025 21:21
99

Britaniya Dəniz Qüvvələrinin rəhbəri arvadına xəyanətə görə işdən kənarlaşdırıldı

Böyük Britaniya Dəniz Qüvvələrinin 59 yaşlı komandanı admiral Ben Ki arvadına xəyanət etdiyi və tabeliyində olan qadın zabitlə əlaqədə olduğu üçün vəzifəsindən uzaqlaşdırılıb. Bu, Kral Donanmasının prinsiplərinin kobud şəkildə pozulması hesab olunur.

“İki sahil” "The Sun"a istinadən xəbər verir ki, Ben Ki 9 mayda şəxsi səbəblərə görə erkən istefa vermək istəsə də, istintaq prosesinin başlaması səbəbi ilə müraciəti rədd edilib.

Dəniz Qüvvələrinin rəhbərinin tabeliyində olan qadın zabitlə qeyri-iş münasibətləri ilə bağlı istintaq qurumun 500 illik tarixində birinci belə hadisədir. Onun rütbəsində olan bir şəxs ən son 1757-ci ildə hərbi tribunal qarşısında çıxıb. O zaman admiral Con Bing fransızlarla döyüşdə "mümkün olan hər şeyi etməmək" ittihamı ilə güllələnib.

Qeyd edək ki, Ben Ki 2021-ci il noyabr ayında Kral Donanmasının başçısı təyin edilib. O, 1994-cü ildə Elli adlı xanımla evlənib. Cütlüyün iki oğlu və bir qızı var.