10 may 2025 17:50
92

Selçuk İnan istefa verdi

Türkiyənin  "Qaziantep" klubunun baş məşqçisi Selçuk İnan istefa verib.

“İki sahil” xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssisin öz istəyi ilə müqaviləsinin ləğv olunduğu bildirilib.

Qeyd edək ki, Selçuk İnan ötən ilin mart ayında "Qaziantep"in baş məşqçisi təyin olunmuşdu. Komanda hazırda Superliqada 35 turdan sonra 42 xalla 12-ci pillədə qərarlaşıb.