10 may 2025 16:38
101

Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər

Hindistan və Pakistan rəsmi Vaşinqtonun vasitəçiliyilə tam atəşkəs barədə razılığa gəliblər.

“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə sosial şəbəkələrdə yazıb.

"ABŞ-nin vasitəçiliyilə uzun çəkən gecə danışıqlarından sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs barədə razılığa gəldiyini elan etməkdən məmnunam", - o qeyd edib.

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshak Dar isə öz növbəsində Hindistanla atəşkəs barədə məlumatı təsdiqləyib.