"Neftçi"nin yeddi futbolçusu Misli Premyer Liqasının XXXIV turunda "Turan Tovuz"a qarşı keçirəcəkləri oyunu buraxacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün meydana çıxmayacaq.
Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 19:30-da start götürəcək.