İnsan 3 gün ərzində gündəlik rutininə bəzi dəyişikliklər edərək səhərlər daha rahat və enerjili oyana bilər.
“İki sahil” xəbər verir ki, bu barədə amerikalı nevroloq Endryu Hubermen bildirib.
Onun sözlərinə görə, insanlar 4 dəyişiklik etməklə səhər rahat yuxudan dura bilərlər:
“Səhər oyananda gün işığına çıxmaq, idman etmək, kofein və ya səhər yeməyi qəbulu, sosiallaşmaq (insanlarla ünsiyyətdə olmaq) insanların səhər tez, çətinlik çəkmədən oyanmalarına kömək edir”.