08 may 2025 16:31
101

Sosial Xidmətlər Agentliyi probasiya nəzarəti tətbiq edilən daha 43 uşağın qiymətləndirməsini aparıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi probasiya nəzarəti tətbiq edilən şəxslərin sosial mühitə adaptasiyası məqsədilə daha 43 uşağın sosial-psixoloji qiymətləndirilməsini aparıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən qiymətləndirmə zamanı həmin şəxslərə sosial-hüquqi və sosial-məsləhət yardımı xidməti də göstərilib.

Qiymətləndirmənin nəticələrinə əsasən, növbəti mərhələdə onların sosial-psixoloji yardım xidmətlərinə cəlb olunması nəzərdə tutulub.

Xidmətlər çərçivəsində qeyd edilən şəxslərin sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası və sosial bacarıqlarının formalaşdırılmasına müvafiq dəstək göstərilir.